BAKI, 23 fevral. TELEQRAF

Güclü qar yağışı səbəbindən təxirə salınan “Zirə” – “Kəpəz” qarşılaşmasının yeni tarixi müəyyənləşib.

Teleqraf Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, oyun 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək. Qarşılaşma saat 16:00-da başlanacaq.

***
18:13
Azərbaycan Premyer Liqasında XXIV turun “Zirə” – “Kəpəz” görüşü hava şəraiti səbəbindən təxirə salınıb.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Zirə İdman Kompleksində saat 17:00-a planlaşdırılan qarşılaşma futbol oynamaq üçün əlverişsiz olduğuna görə son anda baş tutmayıb.

Görüşün baş hakimi Rauf Cabbarov yoxlanışdan sonra meydançada intensiv qar səbəbindən topun hərəkət etdirilə bilməyəcəyinə əmin olduqdan sonra belə qərar qəbul olunub.

Qeyd edək ki, görüşün nə vaxt keçiriləcəyi hələlik bilinmir.