BAKI, 23 fevral. TELEQRAF

Mövcud hava şəraiti nəzərə alınaraq, yaranmış zərurətlə əlaqədar daha bir neçə universitet də onlayn sistemə keçib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Pərviz Əliyev məlumat verib.

Məlumata görə, Bakı Dövlət Universitetində təhsilin fasiləsizliyinin təmin edilməsi məqsədilə tədris prosesi hibrid formada həyata keçiriləcək. Əyani formada iştirak edən təhsilalanlar üçün dərslər ənənəvi qaydada, əyani formada iştirak edə bilməyən tələbələr üçün isə "Blackboard" platforması üzərindən təşkil olunacaq.

Bildirilib ki, UFAZ, ADMİU-da iş və dərs, BAAU-da iş və dərs onlayn formada olacaq.

"Naxçıvanda həyat davam edir. NDU-da ənənəvi dərs olacaq", - deyə məlumatda qeyd edilib.

Azərbaycan Milli Konservatoriyasında isə tədrisin fasiləsizliyini təmin etmək məqsədilə 24 fevral 2025-ci il tarixində dərs prosesi hibrid formada həyata keçiriləcək.

Qrup dərsləri onlayn formatda Microsoft Teams platforması üzərindən təşkil olunacaq. İndividual dərslər isə yalnız mümkün olduğu halda ənənəvi qaydada keçiriləcək.

Həmçinin əlavə edilib ki, NMİ-də ənənəvi dərslər keçiriləcək. Azərbaycan Rəssamlıq Akademiyasında, Tibb Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində də dərslər ənənəvi formada keçiriləcək. Azərbaycan Texnologiya Universitetində də ənənəvi dərslər ənənəvi qaydadadır, dəyişiklik nəzərdə tutulmayıb.

20:45

***

Ölkədə müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar sabah bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.

Teleqraf xəbər verir ki, UNEC, Xəzər Universiteti, Azərbaycan Texniki Universitet, Azerbaycan Pedaqoji Universitetlərində, Baki Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti və Bakı Mühəndislik Universitetində dərslər onlayn qaydada davam etdiriləcək.

Gəncə Dövlət Universitetində isə dərslər əyani formatda olacaq.