BAKI, 23 fevral. TELEQRAF

Ukrayna Prezidenti Vladimir Zelenski sülh üçün vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.

Zelenski istefasının “NATO müqabilində” baş verə biləcəyini də bildirib.

"Mən uzun müddət hakimiyyətdə qalmaq niyyətində deyiləm. Əgər sülh Ukrayna üçündürsə və həqiqətən də vəzifəmi tərk etməyimə ehtiyac varsa, mən hazıram. Vəzifəmi Ukraynanın NATO-ya üzvlüyü müqabilində də dərhal dəyişə bilərəm" - Zelenski bildirib.