BAKI, 23 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinə yanaşmasını tənqid edənlər döyüşlərin davam etməsini istəyirlər.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Vals bildirib.

“Əgər kimin daha yaxşı ideyası varsa, irəli sürsün. Amma indiyə qədər eşitdiyim tək şey sonsuz müharibə çağırışı olub. Prezident Trampın seçki kampaniyasını bunun üzərində qurmadığı və bunu etmək niyyətində olmadığı heç kəsi təəccübləndirməməlidir”, - deyə rəsmi bildirib.

Vals əlavə edib ki, Trampın belə dairələrin fikirlərini dinləmək niyyəti yoxdur.