
BAKI, 23 fevral. TELEQRAF
Vaşinqton gələn həftə Kiyevlə mineral ehtiyatların istifadəsi ilə bağlı müqavilə imzalamaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff CNN telekanalında bildirib.
Sazişin məqsədi ABŞ-nin Ukraynaya ayırdığı xərcləri kompensasiya etməkdir.
"Bu saziş Ukrayna xalqı üçün etdiyimiz hər şeyi geri qaytarmaqdan ibarətdir", - deyə Prezident Donald Tramp daha öncə bildirib.