
BAKI, 23 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın onu “diktator” adlandırmasına cavab verib.
Teleqraf xəbər verir ki, Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında Trampın onu “diktator” adlandırmasından incimədiyini deyib.
"Mənə ünvanlanan bu sözləri kompliment adlandırmazdım. Həqiqətən də diktator olsaydım, ABŞ liderindən inciyərdim. Onun dediyi sadəcə sözdür. Seçkilərdə 73 faiz səs toplayan qanuni seçilmiş prezidentəm. Hərbi vəziyyət başa çatdıqdan sonra yeni dövlət başçısı seçiləcək", - deyə Zelenski qeyd edib.
O əlavə edib ki, onun üçün ölkə vətəndaşlarının onun haqqında nə düşünməsi vacibdir.
Qeyd edək ki, fevralın 19-da Tramp Zelenskini "diktator" adlandırıb.