
BAKI, 23 fevral. TELEQRAF
Aidiyyəti qurumlar tərəfindən avtomagistrallara duz-qum qarışığının səpilməsi sürücülərdə çaşqınlıq yaradır.
Teleqraf xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, yolun qardan təmizləndiyinə güvənən sürücü bir qədər sürət yığdıqdan sonra anidən qar və ya buzla örtülü yol sahəsinə çıxdıqda təbii olaraq təlaş hissi keçirir ki, bu da instinktiv olaraq kəskin tormozlamaya və avtomobilin sürüşməsinə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi gecə saatlarında yolların buz bağladığını da nəzərə alaraq, qeyd olunan xüsusatları diqqətdə saxlamağı, zərurət yaranmadıqca şəxsi avtomobildən istifadə etməməyi xahiş edir.