
BAKI, 23 fevral. TELEQRAF
Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
FHN-dən Teleqraf-a verilən məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.