_(1).png)
BAKI, 23 fevral. TELEQRAF
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Şamaxı”ya qarşı nəzərdə tutulan oyununun təxirə salınması istəyi ilə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Teleqraf xəbər verir ki, Tovuz təmsilçisi bununla əlaqədar sosial şəbəkə hesabında məlumat paylaşıb.
Rəsmi açıqlamada bildirilir: “Hava şəraiti səbəb kimi göstərilərək, bu gün saat 14:30-da Şamaxı şəhər stadionunda "Şamaxı"ya qarşı nəzərdə tutulan oyunumuzun canlı yayımının baş tutmayacağı və VAR-ın olmayacağı dəqiqləşib. Bununla əlaqədar klub olaraq, rəsmi şəkildə oyunun təxirə salınması üçün PFL-ə müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu barədə PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq, bu hadisələr baş verib”, - məlumatda deyilir.