
BAKI, 23 fevral. TELEQRAF
Kanadanın baş naziri Castin Trüdo və ABŞ-nin prezidenti Donald Tramp arasında telefon danışı olub.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, şənbə günü baş tutan danışıqda tərəflər Ukraynadakı müharibəni müzakirə ediblər.
Ağ Evdən verilən məlumata görə, həm Tramp, həm də Trüdo üç ildir davam edən müharibənin sona çatmasını istədiklərini bildiriblər.
Qeyd edək ki, telefon danışığı G7 liderlərinin bazar ertəsi keçirəcəyi görüşdən əvvəl baş tutub. Həmin görüşdə NATO baş katibi, Aİ rəhbərləri, Rumıniya və Polşa liderləri Ukrayna müharibəsini müzakirə edəcəklər.