BAKI, 23 fevral. TELEQRAF

Perunun Truxillo şəhərində yerləşən ticarət mərkəzinin damının uçması nəticəsində 8 nəfər ölüb, 80 isə nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Peru Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər həlak olub, 80 nəfər yaralanıb. Axtarış-xilasetmə işlərinə mülki müdafiə qüvvələri və yanğınsöndürənlər cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

Damın uşaq əyləncə parkı və kinoteatrların yerləşdiyi restoranın üzərinə düşməsi səbəbindən ölənlərin sayının artacağı ehtimal olunur.