
BAKI, 23 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda peşəkar boks gecəsi baş tutub.
Teleqraf xəbər verir ki, gecənin əsas qarşılaşması orta ağır çəkidə rusiyalı mütləq dünya çempionu Artur Beterbiyevlə onun həmyerlisi, bu divizion üzrə keçmiş dünya çempionu Dmitri Bivol arasında revanş döyüşü olub. Qarşılaşma hakimlərin rəyi əsasında Bivolun qələbəsi ilə başa çatıb - 114:114, 116:112, 115:113.
Bununla da, Dmitri Bivol orta ağır çəkidə mütləq dünya çempionu adını qazanıb. Artur Beterbiyev isə karyerasında ilk məğlubiyyətlə üzləşib. Beterbiyev 24 döyüşündən 12-ni vaxtından əvvəl qələbə ilə başa vurub.