
BAKI, 23 fevral. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə bu həftə son qoymağın mümkün olduğuna inanır.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
Onun sözlərinə görə, Vaşinqton hazırda danışıqlara tam diqqət yetirir və münaqişənin həlli üçün hər iki tərəflə intensiv təmaslar davam etdirilir.
Livitt, həmçinin Tramp və Rusiya prezidenti Vladimir Putin arasında mümkün şəxsi görüşlə bağlı hələlik heç bir məlumatın olmadığını qeyd edib