BAKI, 24 fevral. 2025
Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
"22.02.2025-ci il tarixində saat 19:00 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.
***
23.02.2025 / 11: 22
Ötən gün intihara cəhd edən gənc şair Həsən Kürün son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir:
"22 fevral 2025-ci il saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı, qapalı kəllə-beyin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.