
BAKI, 23 fevral. TELEQRAF
Hacıqabul rayonun Rəncbər kəndində ümumi sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 10 ton ot bağlaması yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yaxınlıqdakı tikililər və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.