GƏNCƏ, 6 noyabr. TELEQRAF

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda K.Əsədov və G.Abbasova son söz verilib.

Ardından dövlət ittihamçısı çıxış edib.

Prokuror Kamran Əsədovun 3 il, Gündüz Abbasovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Növbəti proses noyabr ayının 20-də keçiriləcək