CƏLİLABAD, 22 sentyabr. TELEQRAF

Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki fermalardan birində bədbəxt hadisə baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.