BƏRDƏ, 13 sentyabr. TELEQRAF

Bərdədə 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə şəhərin M.P Vaqif küçəsində baş verib. Valideyinlərinin nəzarətindən yayınan 2024-cü il təvəllüdlü Əliyeva Məleykə həyətdə ehtiyat su toplamaq üçün olan hovuzda boğularaq ölüb.

Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.