BAKI, 22 sentyabr. TELEQRAF
Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 5 həkim-mütəxəssis əlavə olunub.
Bunlar Amin Əliyev, Turab İsmayılov, Ülvi Həsənov, Xudu Xudiyev, Mehdi Əsədovdur.
Sonuncu dəyişiklikdən sonra ölkə ərazisində plastik cərrahiyyə sahəsində qanuni praktik tibb fəaliyyəti hüququ olan həkimlərin ümumi sayı 51 nəfərə yüksəlib.