BAKI, 22 sentyabr. TELEQRAF

Ukrayna tərəfindən ABŞ ilə əlaqəli gəmilərin hədəfə alınması halları baş verib və bu problem həll edilməlidir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio açıqlama verib.

"Son bir neçə ay ərzində bir sıra hallarda ABŞ ilə əlaqəli gəmilər hədəfə alınıb, yəqin ki, qəsdən deyil, lakin yenə də hədəfə alınıb. Biz bunun baş verməsinə imkan verə bilmərik. Bu məsələ həll olunmalıdır", - M.Rubio qeyd edib.