CƏLİLABAD, 18 sentyabr. TELEQRAF
Cəlilabad şəhəri ərazisində ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə hərəkətdə olan “VAZ-21011” markalı avtomobilin dönmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib.
Arxadan gələn “Mercedes” markalı avtomobil “VAZ-21011”ə çırpılıb. Zərbənin təsirindən “VAZ-21011” yoldan çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 2010-cu il təvəllüdlü Mirzəzadə Fatimə, 1980-ci il təvəllüdlü Mirzəzadə Cəlal, 1979-cu il təvəllüdlü Quliyev Elçin və 2010-cu il təvəllüdlü Məmmədova Şəfa xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.