TƏRTƏR, 4 sentyabr. TELEQRAF

Tərtərdə baş verən qəza zamanı 2 sürücü xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Kəbirli kəndi ərazisində baş verib.

Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50 EZ 587 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən qarşıdan gələn Xoruzlu kənd sakini Ağalarov Adəm Habil oğlunun "Mercedes" markalı 90 SU 373 dövlət nömrəli avtomobili ilə toqquşub.

Hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"Mercedes"in sürücüsü A.Ağalarov toy məclisindən evə qayıdarkən qəza baş verib.