BAKI, 22 sentyabr. TELEQRAF

Yaxın Şərqdə hərbi əməliyyatlar dayandırılmalı, humanitar yardım maneəsiz çatdırılmalı, beynəlxalq hüquqa uyğun olaraq dənizçilik hüquqları və azadlıqları tam bərpa olunmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində bildirib.

"Döyüş əməliyyatları dayandırılmalı, humanitar yardım çatdırılmalı, dənizçilik hüquqları və azadlıqları beynəlxalq hüquqa uyğun olaraq tam bərpa olunmalıdır", - A.Quterreş qeyd edib.