BAKI, 22 sentyabr. TELEQRAF
Dünya qaçılmaz olaraq çoxqütblü sistemə doğru hərəkət edir, lakin bu proses gələcək parçalanmaya səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində açıqlama verib.
"Biz açıq-aydın çoxqütblü dünyaya doğru irəliləyirik. Və bu hərəkət qaçılmazdır. Lakin çoxqütblülük müxtəlif formalarda ola bilər. Ehtimallardan biri parçalanma və transaksion yanaşma ilə səciyyələnən dünyadır", - A.Quterreş bildirib.