LƏNKƏRAN, 14 sentyabr. TELEQRAF
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mitsubishi” markalı avtomobil qarşı istiqamətdə hərəkət edən “Volkswagen Passat” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində Lənkəran rayonunun Ləj kənd sakini, 1999-cu il təvəllüdlü Tural Asəf oğlu Əzimzadə və Masallı rayonunun Allahyarlı kənd sakini, 2006-cı il təvəllüdlü Asim Alim oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
