KÜRDƏMİR, 12 sentyabr. TELEQRAF

Kürdəmirdə avtomobilini aşıran sürücü müalicəsini paytaxt klinikalarından birində davam etdirəcək.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə dünən Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. 1972-ci il təvəllüdlü Heyran Şükürovanın idarə etdiyi "Kia" markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı su arxına düşüb. Hadisə zamanı avtomobildə olan daha bir nəfər sərnişin də xəsarət alıb.

İlkin yardımdan sonra sürücü və sərnişin rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsindən sonra vəziyyəti daha ciddi olan H. Şükürovanın müalicəsini Bakıdakı klinikalardan birində davam etdirməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.