AĞDƏRƏ, 21 sentyabr. TELEQRAF

Alban-Udi xristian dini icmasının üzvləri Ağdərə rayonunda yerləşən Gəncəsər məbədini ziyarət ediblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, XIII əsrə aid Gəncəsər monastırı Alban xristian irsinin mühüm nümunələrindən biri hesab olunur.

Məbəd Ağdərə rayonunun Vəngli kəndi ərazisində, Xaçın çayının sol sahilində yerləşir.

Gəncəsər monastırı orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahlarından biri olub.

Məbədin əsası 1216-cı ildə qoyulub və tikinti işləri XIII əsrdə tamamlanıb.

Səfər zamanı icma üzvləri monastırla tanış olub, dini ayinlərini icra ediblər.