BAKI, 22 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə enerji infrastrukturuna zərbələrin dayandırılmasını müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına açıqlamasında bildirib.

"Biz enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı atəşkəs təklif edəcəyik. Bu zaman nə Ukrayna infrastrukturu, nə də Rusiya enerji təchizatı hücuma məruz qalmamalıdır. Biz bu variantı dəstəkləyirik, lakin bu, müharibə olduğu üçün hər iki tərəfin razılığını tələb edir", - M.Rubio qeyd edib.