BAKI, 22 sentyabr. TELEQRAF

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan Azərbaycanda səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan məlumat verib.

Kristine Qriqoryanın səfəri Bakıda keçirilən 4-cü Təhlükəsizlik Forumu ilə əlaqəlidir.

Ermənistan mediasının məlumatına görə, “FlyOne” aviaşirkətinə məxsus “Gulfstream” G450 təyyarəsi bu gün İrəvandan Bakıya uçub. O, səhər saat 7-də “Zvartnots” hava limanından yola düşüb və 50 dəqiqə sonra Azərbaycanın paytaxtına eniş edib. Geriyə dönüş isə bu gün saat 21:40-da gözlənilir.