BAKI, 22 sentyabr. TELEQRAF

“Gürcüstan müxalifəti üçün barışıq siyasəti və ölkənin ərazi bütövlüyünün bu yolla bərpası qəbuledilməzdir. Onlar buna qarşı çıxır və gürcülərlə abxazları düşmən kimi təqdim edirlər”.

Teleqraf xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasından olan deputat David Matikaşvili deyib.

Müxalifəti “5-ci kolon” adlandıraraq “vətənə xəyanət”də ittiham edən deputat qeyd edib ki, bu qüvvələrin nəyə can atdığı bəllidir.

“Biz işğal olunmuş ərazilərlə bağlı sülh siyasəti həyata keçiririk və məqsədimiz birləşmənin yalnız dinc yolla baş verməsidir. Bu yoldan kənara çıxmamalıyıq”, - Matikaşvili bildirib.