GƏNCƏ, 21 sentyabr. TELEQRAF
Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı A. Həsənov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
11:24
Gəncədə bıçaqlanma faktı qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində bıçaq xəsarətləri alan 1998-ci il təvəllüdlü Elsəvər İbrahimov və Elmar Qurbanov tibb müəssisələrindən birinə yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.