YEVLAX, 18 sentyabr. TELEQRAF

Yevlaxda ağır yol qəzası olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Yevlax avtovağzalının qarşısındakı yol dairəsində baş verib.

İlkin məlumata görə, çuğundur daşıyan "Shacman" evakuaturla toqquşub, yaralılar var.

Evakuatorda sıxılı vəziyyətdə qalmış ağır yaralını isə xilasedicilər oradan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.