BAKI, 22 sentyabr. TELEQRAF
“Azərbaycan kimi komandalara qarşı oynamaq hər zaman maraqlıdır".
Teleqraf xəbər verir ki, bunu Tacikistan millisinin futbolçusu Aktan Nazarov Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
O, qələbə qazanmağa kökləndiklərini söyləyib:
“Bizi çox gözəl qarşıladılar. Qonaqpərvərlik çox yaxşıdır. Hazırlıqlarımız davam edir. Sabaha hazırıq. Azərbaycan millisinin futbolçularından kapitanı, sol və sağ cinah yarımmüdafiəçiləri tanıyırıq. Heç vaxt Azərbaycandan təklifim olmayıb. Oleq Baklov burada oynayır. Azərbaycan futboluna baxırıq, Çempionlar Liqasında oynayan komandalarınız var. Sizə uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.