GƏNCƏ, 4 sentyabr. TELEQRAF

Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU) sabiq dosenti, professor Hümbət Bayramov vəfat edib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhum Şəmkir rayonunun Yuxarı Seyfəli kənd qəbristanlığında torpağa tapşırılıb.

Hümbət Bayramov 50 ildən çox sözügedən universitetdə çalışıb, zoomühəndislərinin hazırlanmasında fəal iştirak edib.