ASTARA, 2 mart. TELEQRAF
28 fevral 8.00-dan – 2 mart saat 14-dək İrandan təxliyyə olunan vətəndaşların sayı açıqlanıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, onlardan 131-i Azərbaycan vətəndaşıdır.
Təxliyə olunanlar arasında 81 Çin, 47 Rusiya, 32 Pakistan, 30 Tacikistan, 18 Səudiyyə Ərəbistanı, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, eyni sayda Banqladeş, Fillipin (2), Nepal (2), Qazaxıstan (2), Fransa (2), Türkiyə (1), İtaliya (1), Polşa (1), Tunis (1), Livan (1), Hindistan (1), Braziliya (1) vətəndaşı var.
***
13:31
İrandan təxliyə prosesi üçüncü gündür davam edir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, indiyədək Astara sərhəd-keçid məntəqəsindən ümumilikdə 317 nəfər sərhəddən keçərək təhlükəsiz əraziyə təxliyə olunub.
Təxliyə olunanlar arasında sadə vətəndaşlarla yanaşı səfirlər və diplomatik nümayəndəliklərin digər əməkdaşları da yer alıblar.
Bu gün ərzində isə 26 Azərbaycan, 7 Tacikistan, 1 Fransa və 5 Çin vətəndaşı təxliyə olunub.
Qeyd edək ki, təxliyə olunan əcnəbilər İrandakı Azərbaycan diplomatik nümayəndəliklərinə müraciət edərək xüsusi təxliyə kodu əldə etməlidirlər.
Həmin kod təsdiqləndikdən sonra onların tranzit keçidinə icazə verilir.
***
12:49
BAKI, 2 mart. TELEQRAF
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlarla əlaqədar İrandan 312 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Teleqraf xəbər verir ki, fevralın 28-də saat 8:00-dan martın 2-si səhər saat 10:00-a qədər sərhədi 101 Azərbaycan vətəndaşı keçib.
Çinin 76, Rusiyanın 39, Pakistanın 32, Səudiyyə Ərəbistanının 18, Tacikistanın 18, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippin və Nepalın 2, Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Fransa, Braziliyanın 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə edilib.
