BAKI, 5 noyabr. TELEQRAF
İngiltərə millisinin və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqem UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, futbolçu turnirin Liqa mərhələsinin IV turunda Yunanıstanın AEK klubu ilə qarşılaşmada fərqlənib.
“Real”ın 3:2 hesablı qələbə qazandığı matç Bellinqem üçün Çempionlar Liqasında 60-cı olub.
23 yaş 128 günlüyündə bu göstəriciyə çatan ingiltərəli futbolçu turnir tarixində 60 oyuna çıxan ən gənc oyunçu olub. O, bu göstəricidə “Real Madrid”in sabiq qapıçısı İker Kasilyasın rekordunu geridə qoyub.
Qeyd edək ki, “Real” 12 xalla Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində PSJ ilə birgə liderdir.