BAKI, 5 noyabr. TELEQRAF
“ASAN xidmət” modeli 50-dən çox ölkəyə ixrac olunur.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, hazırda altı ölkədə 600-dən çox “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Sammitdə 100-dən çox ölkədən 300-ə yaxın qonaq iştirak edir.
O əlavə edib ki, BMT Baş katibinin müavini Azərbaycan dövlətini “ASAN xidmət” modelinə və Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəyə görə xüsusi təşəkkürnamə ilə təltif edib.
Ülvi Mehdiyev bildirib ki, Avropa, Asiya, Afrika və Amerikadan 50-dən çox ölkə “ASAN” modelinin tətbiqi ilə bağlı Azərbaycana müraciət edib və bu istiqamətdə əməkdaşlıq aparılır.