BAKI, 5 noyabr. TELEQRAF
Almaniyanın “Bavariya” klubu hücumçusu Harri Keynlə yeni müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 33 yaşlı ingiltərəli forvard 2029-cu ilin yayınadək klubun formasını geyinəcək.
Qeyd edək ki, Harri Keyn 2023-cü ildən “Bavariya”da çıxış edir.