CƏLİLABAD, 28 fevral. TELEQRAF

Ötən axşamdan etibarən bölgəyə yağan intensiv yağışlardan sonra Mişarçayda sululuq kəskin artıb, hazırda çaydan sel keçir. Cəlilabad rayonunda Uzuntəpə su anbarında suyun həcmi maksimum həddə çatıb.

Teleqrafın Cənub bürosu xəbər verir ki, səhər saatlarında subasma təhlükəsi yarandığından əraziyə texnika cəlb olunub və müvəqqəti bəndlər qurulub.

Hazırda su anbarında daşqın riski qalmaqdadır.

Risk artacağı təqdirdə, günorta saatlarına doğru suyun təhlükəsiz ötürülməsi üçün anbarın qarşı hissəsinin texnika vasitəsilə açılması nəzərdə tutulur.