GƏNCƏ, 27 fevral. TELEQRAF

Gəncə şəhərində müşahidə olunan güclü külək bir sıra fəsadlara yol açıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin qeyri-sabit hava şəraiti nəticəsində Nizami prospektində üç işıqlandırma sistemi aşıb.

Mirzə Abbaszadə, Heydər Əliyev prospeklərində, eləcə də 4-cü mikrorayonda güclü külək nəticəsində ağaclar aşıb.

Hazırda küləkli hava şəraiti davam edir.