BƏRDƏ, 20 fevral. TELEQRAF
İtkin-şəhid Hidayət Vəliyev Bərdə rayonuynda doğulduğu kənddə torpağa tapşırılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, nəşinin qalıqları 32 il sonra müəyyən edilən Vəliyev Hidayət İsa oğlu Zümürxan kəndində vida mərasimi keçirildikdən sonra kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində rayon sakinləri, dövlət rəsmiləri və şəhidin yaxınları iştirak ediblər.
Qeyd edək ki, Hidayət Vəliyev 1971-ci ildə Bərdə rayonunun Zümürxan kəndində anadan olub. 12 fevral 1994-cü ildə Kəlbəcər rayonu ərazisində, Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.