XOCALI, 20 fevral. TELEQRAF
1992-ci ildə Xocalı faciəsi zamanı itkin düşmüş Zibeydə Əhmədova bu gün doğma yurdda torpağa tapşırılıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, o, Xocalı Rayon Şəhidlər xiyabanında dəfn olunub.


***
11:36
İtkin-şəhid Zibeydə Əhmədova ilə Xocalıda vida mərasimi keçirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə itkin düşmüş 1938-ci il təvəllüdlü Əhmədova Zibeydə Bədəl qızı Xocalı Rayon Şəhidlər xiyabanında dəfn olunacaq.
Vida mərasimində rayon sakinləri, dövlət rəsmləri və şəhidin yaxınları iştirak edir.

