BAKI, 25 fevral. TELEQRAF
Faşist Almaniyanın lideri olmuş Adolf Hitlerin doğulduğu ev yenidən bərpa olunur.
Teleqraf xəbər verir ki, 17-ci əsrə aid ev Avstriyanın Braunau am İn şəhərində yerləşir.
Binada polis bölməsi yerləşdiriləcək və əməkdaşların köçürülməsi 2026-cı ilin ikinci rübündə planlaşdırılır.
Yenidənqurma işlərinə 2023-cü ildə başlanılıb və rəsmi məlumata əsasən, layihənin 2026-cı ilin birinci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur.