BAKI, 15 noyabr. TELEQRAF
2026-cı ilin ilk doqquz ayında 1,5 milyondan çox Özbəkistan vətəndaşı işləmək üçün Rusiyaya daxil olub və bu, ölkəyə işləmək üçün gələn ən böyük əcnəbi qrupudur.
Teleqraf TASS-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr ayları arasında Rusiyaya 1.535.026 Özbəkistan vətəndaşı i.ləmək üçün gəlib. İkinci və üçüncü yerləri Tacikistan (665.892) və Qırğızıstan (289.061) vətəndaşları tutub. İlk beşliyə Qazaxıstan (176.037) və Çin (127.176) vətəndaşları da daxil olub. Bundan əlavə, məlumatlara görə, Rusiya Federasiyasında işləmək istəyən əcnəbilər arasında Ermənistan (111.235), Azərbaycan (83.991), Hindistan (38.816), Türkmənistan (19.038) və Türkiyə (12.873) vətəndaşları da var.
2025-ci ildə Rusiya Federasiyasına işləmək üçün gələn əcnəbilər arasında yenə də Özbəkistan vətəndaşları da liderlik edib.