BAKI, 30 dekabr. TELEQRAF

2017-ci ildə Ginnesin Rekordlar Kitabına dünyanın ən kök adamı kimi daxil edilmiş meksikalı Xuan Pedro Franko vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb.

Xuan Pedro Franko böyrək infeksiyasından vəfat edib.

2017-ci ildə Franko 595 kiloqram ağırlığında dünyanın ən ağır çəkili insanı kimi Ginnesin Rekordlar Kitabına düşüb.