BAKI, 15 noyabr. TELEQRAF
Portuqaliya yığması 2014-cü ildən bəri ən böyükhesablı məğlubiyyətini yaşayıb.
Teleqraf xəbər verir ki, Jorje Jesusun rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin V turunda Danimarka ilə qarşılaşıb. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da portuqaliyalılar sonuncu dəfə 2014-cü ilin iyununda dünya çempionatında Almaniyaya 0:4 hesabı ilə uduzduqları vaxtdan bəri ilk dəfə belə böyük fərqlə məğlub olublar.
Qeyd edək ki, Danimarka ilə qarşılaşma Kriştiano Ronaldunun millidən ayrıldığını açıqlamasından sonra Portuqaliya yığmasının keçirdiyi ilk oyun olub.