BAKI, 15 noyabr. TELEQRAF

Noyabrın 15-nə keçən gecə Tatarıstanın Nijnekamsk şəhərinə neft-kimya zavoduna dron hücumu olub. İlkin məlumatlara görə, hücum nəticəsində Rusiyanın ən böyük neft-kimya zavodlarından biri olan "Nijnekamskneftexim"də yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Nijni Kamsk sakinləri "Nijnekamskneftexim" şirkətinə hücumun görüntülərini yayıblar.

Rusiya hakimiyyəti hələlik hücumun nəticələri ilə bağlı rəsmi məlumat yaymayıb.

"Nijnekamskneftexim" "Sibur" holdinqinin bir hissəsidir və təkcə Rusiyada deyil, həm də dünyada ən böyük neft-kimya müəssisələrindən biridir. Zavod sintetik kauçuklar və plastiklər istehsal edir.

2025-ci ildə müəssisə 3 milyon ton neft-kimya məhsulları istehsal edib. Yeni EP-600 kompleksi ildə 600 min tona qədər etilen istehsal etmək gücünə malikdir.

Rusiya neft sənayesinə zərbələr oktyabr ayının sonundan bəri davam edir. Bir neçə gün əvvəl Ukrayna hərbi qüvvələri Rusiyanın ən böyük beş neft emalı zavodlarına - Omsk, Kiriş, Ryazan, Nijni Novqorod və Yaroslavla zərbə endirmişdi.