BAKI, 15 noyabr. TELEQRAF
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Elnur Məmmədovu İslamabad Beynəlxalq Hava Limanında Pakistan Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıblar.
H.E. Mr. Elnur Mammadov, Deputy Minister of Foreign Affairs of the Republic of Azerbaijan and Head of Delegation, arrived in Islamabad to participate in the 30th ECO Council of Ministers Meeting. He was received at Islamabad International Airport by the officers of MoFA. https://t.co/17Fa4y7PDO
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) November 15, 2026