BAKI, 15 noyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya paytaxt Ər-Riyada atılan iki ballistik raketi ələ keçirərək məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə X-də koalisiya sözçüsü məlumat verib.

"Hücumdan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyada atılan iki ballistik raketi ələ keçirərək məhv edib", - məlumatda qeyd olunur.

Bundan əvvəl Ər-Riyadda hava hücumu həyəcanı elan edildiyi barədə məlumatlar yayılmışdı.