BAKI, 14 fevral. TELEQRAF

“App Store” və “Google Play” şirkətləri ABŞ-də istifadəçilər üçün “TikTok” tətbiqini mağazalarına qaytarıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr qeyd edir ki, tətbiq ABŞ-nin Baş prokuroru Pam Bondinin sosial şəbəkəyə qoyulan qadağanın dərhal həyata keçirilməyəcəyinə dair zəmanətindən sonra bərpa edilib.

Agentlik vurğulayır ki, tətbiqin ABŞ-də uzun müddət fəaliyyətini davam etdirəcəyinə dair zəmanət yoxdur.